Diplomatik personal xidməti parklanma hüququndan istifadə edə biləcək
28 İyun 2024 13:15 SosialXidməti parklanma yerində ödənişsiz saxlayacaq subyektlərin əhatə dairəsi genişləndirilir. Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklərin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib. Deputat bildirib ki, həm ikinci oxunuş zamanı, həm də zamanla işçi qaydada da təkliflər daxil olub: "Bu barədəqanunvericilik təşəbbüsü subyektinin nümayəndəsi ilə müzakirəmizdən sonra bir sıra təkliflər qanun layihəsində öz əksini tapıb. Birinci təklif xidməti parklanma yerində ödəniş saxlayacaq subyektlərin əhatə dairəsinin genişləndirilməsi iləbağlıdır. Təklif edilir ki, diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalı xidməti parklanma hüququndan istifadə edə bilsin. İkinci təklif isəskuterlərin hərəkətinə dair tələblərləbağlıdır. Burada da "sükanı tutmadan hərəkət etmək" sözünün əvvəlinə "sükanıolduğu halda" sözlərinin əlavə edilməsi təklif edilir. Üçüncü təklif isəuyğunlaşdırma xarakterlidir. 45-2 maddənin 6-ci bəndində "müvafiq icra hakimiyyəti orqanının" sözündən sonra "müəyyən etdiyi qurum" sözünün əlavəedilməsi təklif edilir".
Deputat təbii fəlakətlərlə bağlı tədbirlər planı hazırlanmasını təklif edib