Şəhid ailələrinin hüquqları artırıldı
28 İyun 2024 13:03 SosialAzərbaycanda şəhid ailələrinin hüquqlarıartırılır. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında üçüncüoxunuşda müzakirəyə çıxarılan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinəedilən güzəştlər haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinəehtiyacı olan şəxs qismində uçota alınmışşəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.
Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitərəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat vəsosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.
Bu baxımdan, şəhid ailəsinin üzvlərinəmünasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması iləbağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinəehtiyacı olan şəxs qismində uçota alınmışşəhid ailəsinin üzvü vəfat etdiyi, habeləyaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması vəyaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb.
Qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinəehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.