Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim ediləcək

Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarındakı məlumatlar elektron qaydada təqdim olunacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinədəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, ərizə verən şəxslərəvətəndaşlıq vəziyyəti aktının qeydəalınması haqqında müvafiq şəhadətnaməverilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Vətəndaşlıq vəziyyəti aktlarının qeydəalınması haqqında müvafiq şəhadətnamədəgöstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulacaq.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31