Ağırçəkili nəqliyyat vasitələrinə nəzarət gücləndirilir
28 İyun 2024 12:07 Sosialİriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinənəzarət gücləndirilir. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazəverilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cəriməediləcək.
İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yükləbirlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz vədaha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görəfiziki şəxslər altı yüz manat məbləğindəcərimə ediləcək.
Layihəyə əsasən, həmin xətanın il ərzindəinzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə ediləcək.
Layihəyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazəverilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ("(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyüüzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər min beşyüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cəriməediləcək.
Eyni zamanda, həmin xətanın il ərzindəinzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manata məbləğində, hüquqi yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.