BMT rəsmisi: Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq
27 İyun 2024 13:54 SosialBiz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq.
Olaylar.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və
təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.
"Azərbaycan biomüxtəlifliyin qorunması baxımından böyük işlər görür. Düşünürəm ki, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik"- deyə BMT rəsmisi deyib.
O bildirib ki, Azərbaycan tullantılarının yenidən məhsula çevrilməsi üçün ciddi işlər görür: "Biz bu işləri təqdir edirik və öz təcrübələrimizi də bölüşməyə davam edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31