Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının formalaşdırılması qaydası dəyişdi
25 İyun 2024 20:01 SosialNazirlər Kabineti "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"də dəyişiklik edib.
Olaylar.az-ın xəbərinə görə, indiyə qədər Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabineti tərəfindən yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərib.
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılacaq və ictimai əsaslarla fəaliyyət göstərib.
Şura üzvlərinin sayı və tərkibi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31