QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Qubadlı rayonuna səfər ediblər.

Olaylar.az Trend-in Qarabağ bürosuna istinadən xəbər verir ki, Zəngilanda keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində baş tutan səfər zamanı Dövlət Sərhəd Xidmətinin Qubadlıdakı N saylı hərbi hissəsi ziyarət edilib.

200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndələri, media təmsilçiləri, ictimai xadimlər Zəngilan və Qubadlıda aparılan infrastruktur və quruculuq işləri ilə tanış olub, "Böyük Qayıdış"a hazırlıq prosesi haqqında məlumat alıblar.

N saylı hərbi hissədə isə qonaqlar 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbirdə iştirak ediblər, nümayiş olunan hərbi-texniki vasitələrlə tanış olublar.

Daha sonra hərbi orkestrin müşayiəti ilə konsert proqramı təşkil edilib.

Forumun birinci günü Qubadlıya səfərlə yekunlaşıb.

Qeyd edək ki, forum iki gün davam edəcək.

QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)

QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
QHT təmsilçiləri Qubadlı rayonuna səfər ediblər (FOTO)
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31