Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs olundu
22 İyun 2024 19:52 SosialPaytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olmasının müəyyən edilərək, saxlanıldığını bildirib.
Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bu gün daha bir şəxs də ictimai nəqliyyatda qadına qarşı qeyri-etik hərəkətə yol verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31