Baş nazirdən AzTV ilə bağlı qərar
22 İyun 2024 13:01 SosialNazirlər Kabineti "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar ..Cəmiyyətinin strukturu"nda dəyişiklik edilməsi haqqında qərar verib.
Olaylar.az-ın xəbərinə görə, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin strukturuna "AZTV", "Mədəniyyət TV", "İdman TV", "Azərbaycan Radiosu" və "Azərbaycan Beynəlxalq Radiosu" əlavə edilib.
İndiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin strukturuna departamentlər, direktorluq, şöbələr və bölmələr daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31