40 şəhid övladı üçün “Məzun günü” təşkil olunub- ÖZƏL

Paytaxt Bakıda 40 şəhid övladı üçün "Məzun günü" təşkil olunub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Hicran Hüseynova məlumat verib: ""Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "PAŞA Həyat Sığorta" ASC-nin dəstəyi və "LIBRAFF" kitab mağazaları şəbəkəsinin tərəfdaşlığı ilə  bu il orta məktəbi müvəffəqiyyətlə bitirərək məzun olan 40 şəhid övladı üçün "Məzun günü"nə həsr olunan tədbir keçirilidi. Tədbirdə  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, "PAŞA Həyat Sığorta" ASC-nin Korporativ Kommunikasiyalar üzrə rəhbəri Vəli Məmmədov və deputat həmkarlarımla birlikdə iştirak etdik. Çıxışımda şəhid övladlarının Azərbaycan xalqına ,Vətənə və bizə əmanət olduğunu söylədim. Bu əmanətə sadiqlik hər bir vətəndaşımızın mənəvi borcudur".
 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31