Əmək müqaviləsi olmayan işçi hansı hüquqlardan məhrum olur?- ÖZƏL

"İşçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmaması işçinin bir sıra imtiyazlardan məhrum olması ilə nəticələnir". "Olaylar" xəbər verir ki, bunu deyən hüquqşünas Alim Hüseynlinin sözlərinə görə, bu halda işçinin minimum əməkhaqqından az olmayan əməkhaqqı almaq təminatı olmur: "Əmək müqaviləsi əsasında çalışan işçinin öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Qeyd edək ki, 2023-cü il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdır. Lakin əmək müqaviləsi bağlanmadığı halda, işçinin gəliri hər hansı bir minimum hədlə məhdudlaşmır və ona minimum əməkhaqqından az ödəniş də edilə bilər".
Onun sözlərinə görə, bu halda işçi həmçinin əsas məzuniyyət hüququnu da itirir: "Əmək müqaviləsi əsasında çalışan işçinin Əmək Məcəlləsində müəyyən olunmuş məzuniyyətlərdən istifadə hüququ vardır. Bunlara ödənişli əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyəti, sosial məzuniyyət və ödənişsiz məzuniyyəti göstərmək olar. Əmək müqaviləsi bağlanmadığı halda, işçi müəyyən olunmuş məzuniyyətlərdən istifadə etmək hüququnu itirir".
 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31