"Whatsapp"da kanallarla bağlı gözlənilən yenilik
17 İyun 2024 11:50 SosialDünyada ən çox istifadə edilən mesajlaşma proqramı olan "Whatsapp" yeni bir funksiya üzərində çalışır.
Olaylar xəbər verir ki, yeni funksiya kanal idarəçilərinin işini asanlaşdıracaq.
Yeni özəllik sayəsində kanallarla bağlı detallı analizlər əlçatan olacaq. Bu bölməyə daxil olan kanal idarəçisi paylaşımların neçə istifadəçiyə çatdığı və izlənmə kimi statistikaları görə biləcək.
Məlumata görə, bu statistikalar sadəcə kanal idarəçisi tərəfindən görünəcək. (metbuat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31