Metronun "28 May" stansiyasının qarşısı tanınmaz dərəcədə dəyişəcək - RƏSMİ
14 İyun 2024 14:41 SosialÖlkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun "28 May" stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31