Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
12 İyun 2024 17:04 Sosialİyunun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Olaylar-a verilən xəbərə görə, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31