"Sahil" metrostansiyasının önündəki səkilər niyə sökülür?
12 İyun 2024 14:28 Sosial"Sahil" metrostansiyasının önündəki səkilər genişləndirilir.
Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, agentlik tərəfindən paytaxtın Bülbül prospektində piyada və mikromobillik vasitələrinin axını, eləcə də intensivliyi təhlil edilib.
Nəticələrə əsasən böyük piyada axını müşahidə edilən Sahil metrosunun qarşısında vətəndaşların rahatlığının təmin edilməsi, həmçinin axınların ayrılmasının təmin edilməsi üçün səkinin genişləndirilməsi qərara alınıb və bu istiqamətdə işlərə başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31