Bu şəxslər Xankəndidə mənzillə təmin olunacaq
11 İyun 2024 14:25 SosialQarabağ Universitetində Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elan edilib.
Olaylar xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31