Bu yolda hərəkət məhdudlaşdırılacaq
11 İyun 2024 11:41 SosialBu gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (paytaxtın Qaradağ rayonundakı DYP postu yaxınlığında) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq.
Olaylar.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb elektron tərəzi işləri ilə əlaqədar yolun üzərində metal konstruksiyanın quraşdırılması və təhlükəsizliyin təmin edilməsidir.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31