Respublika üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlandı
10 İyun 2024 16:13 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Olaylar-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qeyd edək ki, respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılıb.
Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31