Moskvadan Lənkərana birbaşa uçuşlar başlayır

İyunun 22-dən Rusiyanın "Utair" aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.

Olaylar bildirir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Bu "Utair" üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31