Azərbaycanın bu ərazilərində havanın temperaturu 39 dərəcəyə yüksəlib
7 İyun 2024 10:15 Sosialİyunun 7-si saat 9:00-a olan məlumata əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Bu barədə Olaylar-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31