Emin Eminzadə Londonda Azərbaycan himnini canlı ifa etdi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Evinin təşkilatçılığı ilə Londonda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. 

Olaylar.az xəbər verir ki, Londonda keçirilən tədbirdə əvvəlcə ölkəmizin dövlət himni səsləndirilib.

Qeyd edək ki, Müstəqillik günü münasibətilə keçirilən tədbirdə himnimizi Azərbaycanlı ifaçı, Prezident təqaüdçüsü Emin Eminzadə ifa edib. İfaçı Londonda ilk solo konsertini verib.

Onun çıxışı Adele, Pink Floyd, Florence + The Machine və başqaları kimi bir çox dünya şöhrətli ulduzlarının çıxış etdiyi tarixi binada - The Tabernacle, Notting Hill baş tutub. İfaçını Berlin Metropolitan Orkestri müşayiət edib.

O, altı yeni trekdən ibarət olan Donchr("39")t Tell My Mother albomundan bəstələrini ictimaiyyətə təqdim edib: Bloodline, Aries Soulmate, Beautiful Long Hair, Sociopath, Beggar və Donchr("39")t Tell My Mother. Bütün mahnılarda azərbaycan milli musiqisindən istifadə olunub. Emin Georg Handelin məşhur əsərlərindən ariyalar da ifa edib.

"Dəstəklərinə görə bütün ailəmə və dostlarıma təşəkkür edirəm. İngiltərədəki debüt konsertimin belə yaxşı keçdiyinə görə şadam", - deyə Eminzadə bildirib.

Sənətçinin indi arzusu ata-baba yurdunda, Qarabağda solo konsert proqramı ilə çıxış etməkdir. Qeyd edək ki, ifaçı konsertdən əldə etdiyi gəlirin bir hissəsini Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək niyyətindədir.

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

500-dən artıq qonağın iştirak etdiyi tədbirdə 30-dan artıq dünya dövlətlərinin səfirləri və konsulları, diplomatlar, Azərbaycanın Londondakı səfirliyinin nümayəndələri, Akademik Nərgiz Paşayeva və Türkiyə Respublikasının Böyük Britaniyadakı səlahiyyətli nümayəndələri iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31