Polisdən Qarabağda tikintidə işləyənlərə MÜRACİƏT
22 May 2024 14:30 SosialDaxili İşlər Nazirliyi işgaldan azad olunan bölgələrdə çalışan şəxslərə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Olaylar.az-a verilən məlumatda bölgədə abadlıq, tikinti, quruculuq işlərinə cəlb edilən şəxslərdən xahiş olunur ki, silah-sursat, partlayıcı maddələrə, şübhəli əşyalara rast gəldikdə, aşkarladıqda DİN-in 102 Zəng Mərkəzinə, yaxud ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər. Hərbi təyinatlı əşyalara mülki şəxslərin toxunması həyat və sağlamlığa təhlükə yaratmaqla yanaşı, həmin əşyaları götürmək, daşımaq, saxlamaq, başqasına vermək cinayət məsuliyyətinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, bir daha bölgədə çalışan şəxsləri ictimai təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31