Kitabxanadan oğurluq edən şəxs saxlanıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Xəyyam İsrafilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31