Sevda ayaqqabı almaq üçün mağazanın altını üstünə çevirdi - VİDEO

Dekabrın 19-da ana olan müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birgə alış-verişə yollanıb.

Olaylar.az bizim media-ya istinadən xəbər verir ki, "Valentino"dan "şoppinq" edən sənətçi ayaqqabı seçmək üçün butiki "ələk-vələk" edib.

Səhnə üçün hündürdabanlı sözügedən lüks markanın ayaqqabısını geyinib-çıxardan Yahyayeva əri Bayramovla rəng seçimində qərarlaşa bilməyib.

Sevda gah qara, gah çəhrayı, gah da ki qızılı rəngli ayaqqabını geyinərək butiki altını-üstünə çevirib.

Sonunda isə müğənninin seçimi çəhrayı rəngli hündürdaban ayaqqabı olub. Həmin anları isə Sevda Yahyayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31