"iPhone"ların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alındı
29 Dekabr 2022 16:27 SosialHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində 14 ədəd mobil telefonun qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildiriblər.
Belə ki, "Terminal-1 Beynəlxalq Hava Limanı" gömrük postunun gəliş zalında şübhəli hərəkətləri ilə diqqət çəkən şəxs nəzarətə götürülüb. Həmin şəxs gömrük ərazisini tərk edərkən gömrükçülər tərəfindən saxlanılıb və yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun üzərindən gömrük nəzarətindən gizlədilən 8 ədəd "İphone 14 Pro" və 6 ədəd "İphone 14 Pro Max" markalı mobil telefonlar aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31