Elektrik qatarının şüşəsini sındıran şəxs saxlanıb
29 Dekabr 2022 14:26 SosialSumqayıt dəmir yolu stansiyasında dayanmış sərnişin elektrik qatarının vaqonlarından birinin yan şüşəsinin sındırılması barədə polisə məlumat daxil olub. DİN-dən "Olaylar"a verilən məlumata görə, NBPİ Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanıb. Araşdırma zamanı onun 16 yaşlı İ.Hacızadə olduğu müəyyən edilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31