3300 şəxs ədliyyə orqanlarında qulluğa qəbul olunub

Ötən dövrdə ədliyyə orqanlarına 3.300 nəfərdən çox şəxs qulluğa qəbul olunub. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, şəxsi heyətin təxminən yarısı gənclər, nazirliyin bir çox xidmətlərinin kadr korpusunun 70 faizə qədəri isə qulluğa qəbul edilən yeni nəsil ədliyyə işçiləridir. Nazirlik tərəfindən onların ədliyyənin müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmələri, layiqli dövlət qulluqçusu kimi formalaşaraq peşəkar inkişafları daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, keçən müddətdə 230-dan çox hazırlıqlı və müasir dünyagörüşlü ədliyyə işçiləri ali və digər dövlət orqanlarında məsul vəzifələrə irəli çəkiliblər, hakim adına layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31