Qənirə Paşayeva tətbiqi sənət ustası ilə görüşüb - ÖZƏL
29 Dekabr 2022 12:51 SosialMillət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı tətbiqi sənət ustası Minarə Mehdi ilə görüşüb. "Olaylar" xəbər verir ki, görüşdə Minarə Mehdinin ilk fərdi sərgisinin təşkili ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Komitə sədri Minarə Mehdinin yalnız qara saplar və boz mismarlarla ağ taxta üzərində yaratdığı əsərləri qeyri-adi sənət örnəkləri olaraq xarakterizə edib: "Sizin Şuşada doğulmuş klassiklərimizin, məsələn, Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin və b. sizin yozumunuzdakı obrazları sizin istedadınızla yanaşı vətəncanlılığınızı, milli mirasa dərin sevginizi təcalla etdirməkdədir. Bu, bizim Mədəniyyət Komitəsində sizinlə ikinci görüşümüzdür və son görüşümüz də olmayacaq. Ümidvaram, ilk fərdi sərginiz geniş marağa səbəb olacaq və sərginiz önəmli bir mədəniyyət-sənət hadisəsinə çevriləcəkdir. Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə hazırlanan sərginiz "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB, "NƏFƏS" İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin təşkilatçılığı ilə keçiriləcəkdir".
Qeyd edək ki, Minarə Mehdi atıq 7 ildir tətbiqi sənətlə - filioqrafiya və "strinq art"la ("simli sənət"lə) məşğuldur.