Nazir müavini vətəndaş qəbulu keçirəcək
29 Dekabr 2022 11:51 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yanvarın 11-də Ucar rayonunda həmin rayonun sakinlərini qəbul edəcək. Nazirlikdən "Olaylar-a bildirilb ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar 29 dekabr - 6 yanvar tarixlərində nazirliyə rəsmi şəkildə (http://[email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31