Daha 59 vəzifə və peşə üzrə çalışan şəxsə 5 il erkən pensiyaya çıxma hüququ verilib

Prezident İlham Əliyevin tapşırığına əsasən son illər sosial sahədə aparılan islahatlar pensiyaçıların sosial müdafiəsi, pensiya təminatına əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artırılması istiqamətində də mühüm addımların atılmasına imkan verib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidən "Olaylar"a bildirilib ki, bu istiqamətdə növbəti addım kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na əlavələr edilib.

Siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən  pensiyaya çıxmaq hüququ verilib.Onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.

Qeyd edək ki, bundan əvvəl cari ilin iyun ayında da "Əmək pensiyaları haqqında" Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31