Bakıda faciə: xadiməni ət maşını doğrayıb öldürdü

Bakıda "Qoçət" KFT MMC-nin kəsim sexində faciə baş verib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisindəki sexdə baş verib. Sexdə xadimə işləyən Rəqsanə Pirməmmədova elektrik ət maşınını təmizləyərkən maşın qəfil hərəkətə başlayıb. Hadisə nəticəsində xadimə ət maşınının hissələrinin arasında qalaraq dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31