Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir
28 Dekabr 2022 15:43 SosialDövlət Gömrük Komitəsinin istifadəyə verdiyi yeni elektron xidmət hava nəqliyyatı
vasitəsilə səyahətləriniz zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyinizə
şərait yaradacaq.
Sərnişinlər üçün "Sadələşdirilmiş bəyannamə" elektron xidməti vasitəsilə xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən məkandan http://e.customs.gov.az portalı, "Smart customs" mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz.
Yeni xidmət valyuta və nəqliyyat vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir.
Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən xarici vətəndaşlar da istifadə edə bilərlər. Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə
reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, rahatlığın,
şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi