Bu rayonda xüsusi əməliyyat keçirildi - Yüksək vəzifəlilər saxlanıldı
28 Dekabr 2022 10:48 SosialBaş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dekabrın 26-da Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsində xüsusi əməliyyat keçirib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyatla idarənin rəisi Zaur Adilov və Audit şöbəsinin rəisi Əjdər Əliyev saxlanılıb. Bununla yanaşı, idarədə məsələ ilə bağlı digər şəxslərin dindirilməsi həyata keçirilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, 8 saylı Ərazi Vergilər İdarəsi Beyləqan şəhərində yerləşir və bir neçə rayonu əhatə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31