Smart saatlarla “WhatsApp”a zəng etmək mümkün olacaq

"WhatsApp"ın tərtibatçıları tətbiqin funksiyasını genişləndirməkdə davam edirlər.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, artıq populyar mesenceri bir sıra "ağıllı" saatlar da dəstəkləyir.

"WhatsApp"ın yeniləmiş beta versiyası "Wear OS 3" və "Galaxy Watch 5" cihazları ilə zəngləri dəstəkləyir.

Yeniliyin tezliklə tətbiqin stabil versiyasında görünəcəyi, eləcə də dəstəklənən cihazların siyahısının genişlənəcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31