Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxslər saxlanılıb. Bu barədə "Olaylar"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31