Bakıda yeni virus yayılıb - Nazirlik
31 Avqust 2022 15:42 SosialSon günlər Bakıda rotavirus infeksiyası yayılıb. "Olaylar" xəbər verir ki, bu barədə danışan Səhiyyə Nazirliyinin mütəxəssis eksperti qastroenteroloq Emin Məmmədov deyib ki, infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır: "Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31