Bahar Muradova Abşeronda vətəndaş qəbulu keçirəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vətəndaş qəbulu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, 8 sentyabr 2022-ci il tarixində, saat 11:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə vətəndaşların şikayətləri dinləniləcək. Qəbulda Abşeron və Zəngilan rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31