Minlərlə erməni Xankəndidə etiraza qalxdı
31 Avqust 2022 11:59 SosialÖtən gün Xankəndidə ermənilər aksiya keçirib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar separatçı rejimin rəhbərindən qondarma "maliyyə", "təhlükəsizlik şurası" və "nazirlər kabineti" rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.
Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.
Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31