Ötən il narkomanların sayı 2 dəfədən çox artıb - Dəhşətli STATİSTİKA

2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan narkomaniya və toksikomaniya ilə xəstələnənlərin sayı 2,1 dəfə artaraq 5 964 nəfərə yüksəlib. 

2020-ci ildə ilk dəfə xəstələnənlərin sayı 2 845 idi. Ötən bir il ərzində ilk dəfə xəstələnənlərin sayı 3 119 nəfər artıb. 

Müqayisə üçün bildirək ki, bu göstərici 2005-ci ildə 1 500 nəfər, 2015-ci ildə 2 030 nəfər idi. 

Son illərdə ölkəmizdə  əhalinin narkomaniya və toksikomaniya ilə xəstələnməsi göstəricilərində pisləşmə müşahidə edilir. İlk dəfə qoyulan diaqnoz üzrə hər 100 000 nəfərə düşən narkomanların sayı 2005-ci ildə 15,5 olduğu halda, ötən il 59,5 nəfərə yüksəlib.  

Nakomanların sayının artması müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin ümumi sayının artmasına da səbəb olub. Müalicə alan narkomanların sayı 2005-ci ildə 17 838 nəfər olduğu halda, 2021-ci ildə 35 232 nəfərə çatıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31