TikTok-a görə Xalq artistini teatrdan çıxarıblar?

Xalq artisti Bilal Əliyevin TikTok-dakı fəaliyyətinə görə solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı teatrından çıxarıldığı iddia olunub. 

Olaylar.az olay-a istinadən xəbər verir ki, bildirilib ki, məşhur müğənninin sözügedın platformada izləyicilərini təhqir etməsi, tez-tez canlı yayım açması onun işdən uzaqlaşdırılması ilə nəticələnib.

OLAY həmin ittihamlarla bağlı teatrın direktoru Kazım Qasımlı ilə əlaqə saxlayıb. O deyib ki, müğənni ilə əməkdaşlıqları illər əvvəl bitib:

"6-7 il bundan əvvəl teatrın solisti olub. İndi isə bizimlə çalışmır".

B. Əliyev də yayılan iddialara münasibət bildirib. O, olay-a açıqlamasında təqaüdə çıxdığı üçün işdən ayrıldığını deyib:

"İslahatlar aparıldı. Ondan sonra bizim yollarımız ayrıldı. Mənim də təqaüd yaşım idi. Vokalistlər də bilirsiniz ki, 57 yaşından sonra təqaüdə çıxırlar. Ona görə ayrıldım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31