Avqustda koronavirusa yoluxanların sayında ciddi artım olmayacaq - İnfeksionist
4 Avqust 2022 16:05 SosialSon günlər Azərbaycanda koronavirusa yoluxma halları artmaqdadır.
Məsələ ilə bağlı açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, yoluxma hallarının artmaması üçün hər bir vətəndaş ilk növbədə gigiyenik qaydalara əməl etməlidir.
Onun sözlərinə görə, yoluxanların sayında bu ay ciddi artım olmayacaq.
"Bunun da əsas səbəbi Məhərrəm ayında toyların olmamasıdır. İnfeksiyanın qaydası budur ki, kütləvi toplaşma zamanı yoluxma artır. Bundan başqa vətəndaşlara tövsiyə etmək istərdim ki, qapalı yerlərdə maskalardan istifadə etsinlər",- deyə infeksionist bildirib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31