Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! Vakansiya seçimi başlayır
4 Avqust 2022 11:44 SosialBütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.
Olaylar.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31