Daha bir gəncimiz uğurlu gələcəyə addım atdı

Daha bir gəncimiz uğurlu gələcəyə addım atdı.

Bu gənc dostumuzla yaxın zaman kəsiyində tanış olduq, Azərbaycanda bu cür gənclərin inkişafı və dünyaya inteqrasiyası qürurvericidir. Gəlin bu gənc dostumuzla daha yaxından tanış olaq.

-  Zəhmət olmazsa, özün haqqında bizə və oxuyucularımıza  məlumat verərdin.

-Mən Omar Aşurbəyov, 2005-ci ildə doğulmuşam və bir neçə orta məktəbdə təhsil almışam. Lakin Binəqədi rayonu 276 saylı məktəbin məzunuyam. ABŞ universitetlərinə müraciət edərkən də bütün sənədlərdə bu məktəbi qeyd etmişəm. 

- Belə düşünürəm məktəb də sənin kimi şagirdi olduğu üçün fəxr edir.

- (gülümsəyir) Kollektivimizi hər zaman sevib, hörmət etmişəm.

-Gələk əsas məsələyə, sən necə oldu ki, bu cür nüfuzlu universitetlərə qəbul oldun?

- Universitetə 5 ay müddətində hazırlaşmışam. SAT (Scholastic Aptitude Test) balım 1300, IELTS balım isə 6,5 olub. Lakin universitetlərə əsas qəbul səbəbim portfoliom oldu. Ona görə ABŞ universitetləri buna çox önəm verdiyi üçün bu ölkənin təhsil ocaqlarını seçdim. Yəni uşaq kiçik yaşlarından davamlı öyrənməyə meyilli olmalıdır. Mən də kiçik yaşlarımdan mütəmadi olaraq idmanla məşğul idim. Dəfələrlə şahmat turnirlərində birinci yer tutmuşam və bu gün də üzgüçülük, basketbol və şahmat kimi idman növləri ilə məşğul olmağa davam edirəm. Eyni zamanda, orta məktəb qiymətlərim də yüksək olub və QHT-lərə üzv idim, bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm və orada tərcüməçilik fəaliyyətim olub. Həmçinin, İngiltərədə ingilis dili, Almaniyada alman dili kurslarında getmişəm. Qəbul aldığım universitetlər də hər biri bu amilləri nəzərə aldı və eyni zamanda 25 min dollar təqaüd almaq şansını əldə etdim. 

- Məktəb vaxtından xaricdə təhsil almağı düşünürdün, yoxsa zaman irəlilədikcə bu qərara gəldin?

- bəli uşaqlıqdan əsas məqsədim ABŞ-da universitetlərə qəbul olmaq idi, məhz buna görə də Azərbaycanda universitetə hazırlaşmadım.

- Xaricdə təhsil almana valideynlərinin təəsuratı necə oldu? Etiraz etmedilər ki?

- xeyr, valideynlərim, əmilərim çox şad oldular bu xəbərdən, mənə hər zaman dəstək oldular. Müəllimlərim və valideynlərim sayəsində mən çox uğurlar qazandım. Atam Əfrasim Aşurbəyovun daimi məni nəzarətdə saxlaması, dərslərimlə mütəmadi maraqlanması mənə stimul verirdi, çünki hər zaman ona layiq övlad olmağa çalışmışam.

- Eşitdim ki, 12 universitetə birdən qəbul olmusan, sirr deyilsə deyə bilərsən hansı universitet oldu seçimin?

- Bəli düz vurğuladınız 12 universitetdən qəbul olunmağımla bağlı cavab gəldi. Yekun qərarım isə "İllinois Tech" universiteti oldu.

- Niyə məhz həmin universitet?

- Digər universitetlər də top universitetlər idi və hər biri mənə təqaüd verirdi. "İllinois Tech" universitetini seçməyimin də səbəbi var. Bu ali məktəb ABŞ-ın 10 ən yaxşı universitetindən biridir. ABŞ bu təhsil ocağında aparılan tədqiqatalara görə külli miqdarda maliyyə ayırır. Sırf kompüter elmləri sahəsində ixtisaslaşıb və Çikaqo ştatında yerləşir. Kompüter elmləri sahəsini seçməyimin səbəbi də odur ki, bu ixtisası bitirən tələbələr kompüter elmlərinə dərindən yiyələnmiş olurlar. 

- Universiteti bitirdikdən sonra gələcəyə dair planların nədir?

- Bu barədə indidən dəqiq nəsə deyə bilmərəm, araşdırmalarıma görə, İT sahəsində ixtisaslaşmış ən yaxşı universitetlər ABŞ-dadır və bu ölkədə imkanlar daha genişdir. İstəyirəm ki, gələcəkdə dahi alim Lütfi Zadə kimi elmi inqilablara yol açmış ixtiralarım olsun və azərbaycanlı alim kimi tarixdə ad qoyum,  bunun üçün də gecə-gündüz çalışıram, arzularıma daha bir addım yaxınlaşdığım üçün isə sevincliyəm.

Qeyd edək ki, Omar Aşurbəyovun ABŞ-da qəbul aldığı universitet aşağıdaklardır: 

"Michigan University", "İllinois Tech", "South Florida", "UMass Lowell",  "University of Arizona May", "Rochester tech Feb 1", "University of Washington", "Washington State University", "New York Institute of Technology (NYIT)", "Michigan State University", "Georgia State University", "University of Central Florida".

Esmira Turan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31