Oğuzda "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminarın açılış mərasimi olub - FOTO

İyulun 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminarın açılış mərasimi olub.

Olaylar.az bildirir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri "Cümə" məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib. Daha sonra Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" adlı sənədli film nümayiş olunub.

Xatırladaq ki, tədbirin ikinci günündə iştirakçılar üçün seminarlar keçiriləcək, ekspertlərin məruzələri dinləniləcək, mətbuat nümayəndələrinin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq, Oğuz rayonunda yerləşən bir sıra muzey, məscid, kilsə və sinaqoqlara, tarixi-dini və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaq.

Bir 18 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 15 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 10 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 16 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 16 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 16 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31