Qanunsuz ov edən şəxslər cəzalandırılıb
15 İyul 2022 14:20 SosialBioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. "Olaylar" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakini Kənan Salamov, Yevlax rayon sakinləri Elyar Musayev, Nəriman Ələkbərov və Arzu Aslanov olduğu müəyyən edilib: "Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31