Azərbaycanda virusa yoluxmada artım müşahidə olunur

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti: "Gigiyena qaydalarına riayət etməliyik"

"2019-cu ilin sonundan başlayaraq bütün dünyanı tuğyan edən COVID-19 pandemiyası hələ də davam edir. Son vaxtlar yoluxma sayında müşahidə olunan artım Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) belə bir açıqlama verməyə məcbur etdi ki, koronavirus pandemiyası davam edir və virusun yeni mutasiyaları aşkarlanır. Hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artım müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyevin sözləriə görə, ölkəmizdə ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə olunur: "Bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31