Bakıda dəniz sahilində konteynerdə yanğın olub
15 İyul 2022 12:51 SosialBakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın olub.
Olaylar.az xəbər verir ki, Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, yanğınla bağlı FHN-in "qaynar xətti"nə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın dəniz sahilində konteynerdə baş verib. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31