Zəngilanda ağaclıq ərazi yanır - Video
14 İyul 2022 12:00 SosialZəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31