“Whatsapp”da maraqlı YENİLİK

Olaylar.az xəbər verir ki, artıq "Whatsapp"da statuslara səs də əlavə etmək olacaq.

Müvafiq seçim "status" bölməsində mövcud olacaq. Mətn statusu, şəkil və ya video əlavə etməyə imkan verən artıq mövcud olan iki ikonanın yanında səsli mesajın yazılması üçün işarə görünəcək.

Yalnız seçilən istifadəçilər statusu məxfilik parametrlərinə uyğun olaraq səsli mesajı görəcəklər.

Onu da qeyd edək ki, "Whatsapp"ın stabil versiyasında isə bu yeni funksiyanın buraxılış tarixi məlum deyil.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31