Bakı səhəri qəza ilə açdı: “Prado” aşdı - FOTO
13 İyul 2022 10:56 SosialBu gün səhər saat 06 radələrində Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Sosial şəbəkədə yayılan məlumata görə, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin kəsişməsində naməlum avtomobilin sürücüsü 2.5 yol nişanının ("Stop" nişanının) tələblərinə məhəl qoymayıb və yolayırıcına daxil olub.
Bu zaman yolayırıcına daxil olan digər maşının - "Toyota Prado" markalı avtomobilin sürücüsü qəzadan yayınmaq üçün sərt manevr edib və idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Hadisə şahidlərinin yazdığına görə, xoşbəxtlikdən "Prado"nun sürücüsü xəsarət almayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31